ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff Ukraynadakı böhranın həllinin son mərhələsinə qədəm qoyduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, o, Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib:
"Artıq prosesin sonundayıq. Həqiqətən nikbinəm".
O əlavə edib ki, "çoxlu irəliləyiş əldə edilib".
Uitkoff bir məsələnin həll olunmadığını və tərəflərin istəsə, həll edilə biləcəyini açıqlayıb. Xüsusi nümayəndə həmin məsələnin nə olduğunu dəqiqləşdirməyib.
O bu gün Moskvaya gedəcəyini təsdiqləyib.
Xüsusi elçi Rusiyaya səfərindən sonra Ukrayna üzrə işçi qrupunun görüşlərinin keçiriləcəyi BƏƏ-yə gedəcəyini açıqlayıb.
Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Putinin mətbuat katibi Dmitri Peskov da Uitkoffun Trampın kürəkəni Cared Kuşnerin müşayiəti ilə Moskvaya gələcəyini açıqlayıb.
Telegram kanalımız