AZ

Qeyri-neft ixracı üzrə hədəfimizə çox yaxınlaşmışıq - Vüsal Qasımlı

Bakı. Trend:

"Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası"nda qarşıya qoyulan məqsədlərdən biri dəbundan ibarətdir ki, qeyri-neft ixracını 2021-ci illə müqayisədə2026-cı ildə 1,2 dəfə artırmalıyıq. Bu o deməkdir ki, biz bir ildəqeyri-neft ixracını 10-15% artırsaq, 2026-cı ildə məqsədimizə nailolacağıq.

Trend xəbərverir ki, bunu İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin yekunlarınadair keçirilən mətbuat konfransında bildirib.

İcraçı direktoru sözlərinə görə, indiyə qədərki dinamika onugöstərir ki, Azərbaycan bu məqsədə nail olmağa çox yaxınlaşıb:

"Yəni bu il biz qeyri-neft ixracında təxminən 10-15%-lik artımanail olsaq, o zaman 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neftixracında 1,2 dəfə artım qeydə alınacaq.

Qeyri-neft ixracının strukturu ilə bağlı məsələ bizi çoxmaraqlandırır. Biz çalışırıq ki, qeyri-neft ixracının stukrundadaha çox əlavə dəyər yaradan, dəyər zəncirində daha çox dərinəgedən məhsulların, xüsusən də xammal və yarımfabrikatdan daha çoxhazır məhsulun ixracına nail olaq. Bu nöqteyi-nəzərdən Azərbaycanınxüsusən neft-kimya sənayesi öndə gedir. Eyni zamanda bu istiqamətdəmetallurgiya məhsullarını da qeyd etmək olar".

V. Qasımlı vurğulayıb ki, burada söhbət təkcə əmtəəninixracından getmir, həm də xidmətlərin ixracından gedir:

"Məsələn, tədiyə balansına baxsaq görərik ki, bizim son illər ənciddi ixrac istiqamətlərimizdən biri nəqliyyat xidmətləridir. CənabPrezidentin rəhbərliyi ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənubdəhlizlərinin kəsişməsində, haba çevrilməsində ölkənin nəqliyyatxidmətləri ixracı əhəmiyyətli şəkildə genişləndirilmişdir. Həttanəqliyyat xidmətləri ixracı Azərbaycanın əmtəə ixracı ilə müqayisəolunan bir həddə gəlib".

"İkinci xidmət ixracı ilə bağlı turizmi qeyd edə bilərik. Ötənil bu sahədə müəyyən dərəcədə azalmalar olsa da, amma ümumilikdə busahənin böyük bir perpektivi var. Düşünürəm ki, biz 2026-cı ildəbiz turizm xidmətlərinin ixracı sahəsində də daha böyüknailiyyətlərə imza ata bilərik.

Eyni zamanda maliyyə, bank, sığorta və bu kimi digər xidmətlərsahəsində ixracın genişləndirilməsi istiqamətində böyükpotensialımız var ki, biz bu potensialı da istifadə etməliyik", -V. Qasımlı qeyd edib.

Seçilən
127
2
az.trend.az

3Mənbələr