AZ

Hərbi xidmətə çağrıldığına görə işini itirənlərə bu qədər müavinət ödəniləcək - AÇIQLAMA

Bakı.Trend:

İşçi həqiqi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə ƏməkMəcəlləsinin 74-cü maddəsinin “a” bəndinə uyğun olaraq xitamverilir. Bu halda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən,işəgötürən tərəfindən işçiyə orta aylıq əməkhaqqının azı üç mislimiqdarında müavinət ödənilməlidir.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisiVəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrəgördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilənmətbuat konfransında çıxış edərkən deyib.

O əlavə edib ki, 16 yanvar 2026-cı il tarixinədək, yəni ƏməkMəcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindəntəsdiqlənənədək, bu müavinətin məbləği orta aylıq əməkhaqqının ikimislini təşkil edirdi.

Seçilən
149
3
az.trend.az

4Mənbələr