AZ

Azərbaycanda oynayırdı, Qırğızıstan klubuna keçdi

style='margin-bottom:10px;'>

Azərbaycanda "Sabah" və "Kəpəz"də oynamış Mixeil Erqemlidzenin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, gürcüstanlı vinger karyerasını Qırğızıstanda davam etdirəcək.

26 yaşlı futbolçu bu ölkənin “Neftçi” klubuna keçib. Onunla bir illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Erqemlidze 2021-2022 mövsümündə “Sabah”a çıxış edib. “Kəpəz”də də icarə əsasında oynamış gürcüstanlı futbolçu  Azərbaycanı tərk etdikdən sonra “Brera”(Şimali Makedoniya”), “Betlemi” (Gürcüstan), “Kirivonq”(Kamboca), “Tauras”(Litva) və “Varnsdorf”(Çexiya) klublarında oynayıb.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr