AZ

Əhməd İsmayılov: AZƏRTAC xüsusi auditoriya ideyasını praktik və faydalı layihəyə çevirib

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində keçirilən tədbirlərin birində xüsusi auditoriya ideyasının səsləndirildiyini xatırlayıram. AZƏRTAC isə bu ideyanı uğurla reallaşdıraraq onu praktik və faydalı bir layihəyə çevirib. Bu təşəbbüs həm xoş xatirələr yaradır, həm də çox uğurlu bir təcrübə kimi yadda qalır.

Bu sözləri Bakı Dövlət Universitetində (BDU) AZƏRTAC-ın xüsusi auditoriyasının açılışında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, xüsusi auditoriyaların yaradılması bundan sonrakı tədbirlərdə də tələbələr üçün ciddi stimul olacaq. “Bu cür layihələr gənclərin peşəkar inkişafına, media mühitinə daha yaxından inteqrasiyasına mühüm töhfə verir. Mən əminəm ki, bu tendensiya gələcəkdə də ardıcıl və davamlı şəkildə inkişaf edəcək”, - deyə Ə.İsmayılov vurğulayıb.

Seçilən
106
azertag.az

1Mənbələr