AZ

Ceyhun Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdü

Bakı. Trend:

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini RadmilaŞekerinskanı qəbul edib.

Trend xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumatyayıb.

Görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıqçərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri,tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habeləregional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirəolunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətiniqeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçiriləndialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbəttöhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasındaminasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıqimkanları nəzərdən keçirilib.

Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarındaiştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi,müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsindəgörülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzvölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizəsəfəri məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşmaprosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunmasıistiqamətində həyata keçirilən diplomatik səylər vəetimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammitiçərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri,habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumatverilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
129
32
az.trend.az

10Mənbələr