AZ

3000 abonentin qazı KƏSİLƏCƏK

Ajans.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Seçilən
78
16
Ajans.az

10Mənbələr