Tanınmış rusiyalı mütəxəssis, Çinin hazırda "Şanxay Şenxua" komandasının baş məşqçisi olan Leonid Slutski işlədiyi ölkənin dilini niyə öyrənmədiyini deyib.
Fanat.Az xəbər verir ki, o, "championat" portalının əməkdaşının sualını belə cavablandırıb:
"Mənim köməkçim Oleq Yarovinski altı dil bilir. Yarovinskinin linqvistik bacarıqları fenomenaldır. Amma heç o da Çində danışdıqları dili öyrənə bilmir. Bu yaşda mənim çincə danışmağı öyrənməyim mümkün deyil".
Xatırladaq ki, Slutski 2024-cü ilin yanvarından indiki postundadır. "Şanxay" onun rəhbərliyi altında 2 dəfə Çin Superkubokunu qazanıb.
Nihat