AZ

Tibb bacısı 5 günlük körpəni döyərək əlil etdi

Türkiyənin Kahramanmaraş şəhərində əlil olduğu iddia edilən 5 yaşlı Dəniz Esinin şok görüntüləri ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərə əsasən, Dənizin cəmi 5 günlük körpə olarkən tibb bacısı tərəfindən döyüldüyü məlum olub.

Bildirilir ki, Hazel Dırık B. adlı tibb bacısı 14 dəqiqə ərzində körpəyə fiziki şiddət göstərib, başına və ayaqlarına zərbə endirib. Nəticədə Dəniz həm əqli, həm də fiziki cəhətdən əlil qalıb.

Dənizin ailəsinin vəkili Sait Bolatın sözlərinə görə, körpəyə fiziki şiddət göstərən Hazel Dırık B. adlı tibb bacısını 3 ilə qədər həbs cəzası gözləyir.

Seçilən
35
publika.az

1Mənbələr