AZ

BOKT “International” illik 18% dərəcə ilə borc cəlb edib

Bakı Fond Birjasında BOKT “International” ASC-nin AZ2042021025 ISIN kodlu istiqrazları Standart Bazar Listinq seqmentinə daxil edilib.

Banker.az xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə hərrac 22 yanvar 2026-cı il tarixində başa çatıb və yerləşdirmə tam həcmdə reallaşıb.

İstiqrazların buraxılış həcmi 1 milyon manat təşkil edib. Emissiya çərçivəsində nominal dəyəri 100 manat olan 10 min istiqraz yerləşdirilib. İllik gəlirlilik faizi 18% səviyyəsində müəyyən edilib və hərrac zamanı minimal, maksimal, kəsmə və ortaçəkili qiymətlər 100 manat olub.

İstiqrazlara ümumilikdə 50 investor tərəfindən 50 sifariş təqdim edilib və sifarişlərin ümumi həcmi yerləşdirmə məbləği ilə tam üst-üstə düşüb. Tədavül müddəti 3 il olan istiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 30 gündən bir həyata keçiriləcək. Buraxılış üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Emitentin adı BOKT “International” ASC Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2042021025 İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz Ticarət üsulu/forması Kütləvi/Rəqabətli hərrac İstiqrazların sayı 10,000 ədəd İlkin ticarət qiyməti 100 manat İstiqrazların buraxılış həcmi 1,000,000 manat İllik gəlirlilik faizi 18% Minimal qiymət 100 (18.0000%) manat Maksimal qiymət 100 (18.0000%) manat Kəsmə qiyməti 100 (18.0000%) manat Ortaçəkili qiyməti 100 (18.0000%) manat İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 manat İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat İnvestor sayı 50 Sifariş sayı 50 Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir Tədavül müddəti 3 il Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

 

Seçilən
7
1
banker.az

10Mənbələr