AZ

Ötən il 901,5 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

2025-ci ildə Azərbaycandan 901,5 milyon dollar dəyərində 845,9 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 27,4 faiz, həcmi isə 23,3 faiz artıb.

Hesabat ilində tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,6 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 24,85 faizə bərabər olub.

Seçilən
26
vergiler.az

1Mənbələr