AZ

Almaniyada kanslerin təyyarəsinə sabotaj cəhdi: ÜÇ NƏFƏR SAXLANILDI

Ajans.az xəbər verir ki, bubarədə Bildqəzetiməlumatyayıb. Məlumata əsasən, yanvarın 22-dən 23-nə keçən gecə Almaniyanın Şimali Reyn–Vestfaliya federal torpağında yerləşən Arnsberq şəhərində polis Merzin şəxsi təyyarəsinin saxlandığı anqar ərazisində üç nəfəri saxlayıb. Saxlanılanlar 23, 28 və 56 yaşlarında olan iki qadın və bir kişidir. Onların hamısı Almaniya vətəndaşıdır və iqlim fəalları ilə əlaqəli olduqları ehtimal edilir. İlkin məlumata görə, şübhəlilər Almaniya kanslerinin təyyarəsini çəhrayı rəngə boyayaraq zədələmək niyyətində olublar. Lakin bu planı həyata keçirmək mümkün olmayıb. Bildirilir ki, polis əvvəlcə şəxsi aerodromun yaxınlığında avtomobildə olan bir kişini aşkar edib. O, polisə ərazidə yerli aerodrom axtardığını deyib. Araşdırma zamanı həmin şəxsin solçu radikal qruplarla əlaqəsi olduğu üzə çıxıb. Daha sonra aerodrom ərazisində aparılan axtarışlar zamanı daha üç nəfər müəyyən edilib. İstintaqın gedişində məlum olub ki, şübhəlilər anqara daxil olmaq üçün hasarı kəsiblər. Arnsberq prokurorluğu Bild qəzetinə bildirib ki, saxlanılan şəxslərin həbs edilməsi üçün hüquqi əsas olmadığına görə onlar sərbəst buraxılıblar. Hazırda fakt üzrə əraziyə qanunsuz daxil olma və əmlaka ziyan vurma maddələri ilə araşdırma aparılır. Qəzetin yazdığına görə, özlərini “Müqavimət Kollektivi” adlandıran qrup sonradan yaydığı açıqlamada aksiyanın etiraz xarakteri daşıdığını və kanslerin şəxsi təyyarəsini sıradan çıxarmağa cəhd etdiklərini iddia edib.

 

Seçilən
66
Ajans.az

1Mənbələr