AZ

Ukrayna və ABŞ prezidentlərinin görüşü BAŞLAYIB

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov jurnalistlərə məlumat verib. Görüşdən əvvəl Tramp Sky News müxbirinə Ukraynadakı müharibə ilə bağlı sülh razılaşmasının “daha yaxınlaşdığını” bildirib: “Bildiyiniz kimi, bu gün prezident (Zelenski – red.) və mən bu məsələni müzakirə edəcəyik. Bu gün və ya sabah Prezident Putinlə də görüşəcəyik. İnsanlar ora gedir və düşünürəm ki, razılaşmaya yaxınlaşırlar. Çoxlu insan ölür. Biz bunu etməliyik”, – Tramp deyib.

Görüşün əsas mövzusu Ukraynadakı münaqişənin həlli və sülh prosesinin irəliləməsi olacaq.

Seçilən
112
Ajans.az

1Mənbələr