AZ

Vüqar Qurbanov: Bu günə kimi qriplə bağlı vəziyyəti ağırlaşan xəstəmiz olmayıb VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Ölkədə hazırda qrip virusunun həddən artıq yayılması müşahidə olunur. Bu virus keçən ilin sonlarında aşkarlanıb. Qrip virusu ştamı daim dəyişir. Ona görə də ötən il sentyabrın sonundan Səhiyyə Nazirliyi ilə birgə qripə qarşı vaksinasiya ilə bağlı çağırışlara başlamışdıq. Qripdən ən yaxşı mühafizə yolu vaksinasiya olunmaqdır.

Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair keçirilən brifinqdə deyib.

Vüqar Qurbanov bildirib ki, hazırda xəstəxanalara, təcili tibbi yardıma qripin simptomlarına uyğun olan müraciətlərin sayı çoxdur: "Bununla bağlı simptomatik müalicələr həyata keçirilir. Bu günə kimi vəziyyəti ağırlaşan xəstəmiz olmayıb. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Böyüklər çox az hallarda stasionarda müalicə olunmaqla bağlı müraciətlər edirlər. Qeyd etdiyim kimi, müalicə zamanı ölüm və ya ağırlaşma halları müşahidə edilməyib".

Seçilən
41
1
azertag.az

2Mənbələr