AZ

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

Burkina Fasonun şərqində qeyri-qanuni silahlı qruplaşmanın hücumu nəticəsində azı 11 polis ölüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yüzlərlə yaraqlının ölkənin Qourma əyalətinin Balqa rayonunda asayiş nəzarətçilərinə hücumu 7 polisin ölümü ilə nəticələnib. Digər 4 qanun keşikçisi isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso 2015-ci ildən vaxtaşırı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan silahlı qruplaşmaların hücumları ilə üzləşir.

Seçilən
125
6
azerbaijan-news.az

7Mənbələr