Boks üzrə Azərbaycan çempionatına start verilib.
“İki sahil” xəbər verir ki, 33 komandanın 166 idmançısının qatıldığı yarışın ilk günündə 24 döyüş baş tutub.
5 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.
Ötən yarışın mükafatçılarından Həsən Məlikov, Tural Sarıyev, Amin Məmmədzadə, Ruslan Rüstəmov, Məhəmmədəli Qasımzadə, Zaur Qəhrəmanov və Nəbi İsgəndərov ilk döyüşlərini xeyirlərinə bitiriblər. Həmçinin Tayfur Əliyevlə Ümid Rüstəmov da 1/8 finala yüksəlib.