AZ

Abşeronda zavoddan yayılan tüstü və səs-küy sakinləri narahat edirVİDEO

Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun "Quşçuluq massivi", Nəsimi küçəsi 85 ünvanında yaşayan sakinlər ərazidəki "Uğur" adlı zavoddan şikayətçidirlər.

Onlar iddia edirlər ki, zavoddan yayılan tüstü və səs onları təngə gətirib.

Sakinlər iddiasına görə, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.

Sakinlərin şikayəti ilə bağlı üz tutduq həmin zavoda. Zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirdi. Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edildi ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda tam təmir olunub. O da vurğulandı ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.

Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
45
4
xezerxeber.az

5Mənbələr