AZ

Yevgeni Kukseviç: “Fiziki cəhətdən gücümüz çatmadı” – ARENA.AZ

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, futzal millimiz bu gün yoxlama oyunu çərçivəsində Bakıda Danimarka yığması ilə qarşılaşıb.

Komandamız bu görüşdə 1:4 hesablı məğlubiyyətə üzülüb. Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən “ev tapşırığı” yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı, ayaqlar sanki doldu.

Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
55
6
arena.az

10Mənbələr