AZ

Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasınaDÜŞDÜ

UEFA-nın mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində Çempionlar Liqasında həftənin rəmzi yığmasını dərc edib.

Redaktor.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də rəmzi yığmada yer alıb.

Çempionlar Liqasında yeddinci həftənin rəmzi yığmasını təqdim edirik:

Qapıçı: Konstantinos Tsolakis ("Olimpiakos").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Yosteyn Qundersen ("Budyo-Qlimt"), Vircil van Deyk ("Liverpul"), Elvin Cəfərquliyev ("Qarabağ").

Yarımmüdafiəçilər: Kefren Türam ("Yuventus"), Fermin Lopes ("Barselona"), Robert Navarro ("Atletik Bilbao").

Hücumçular: Culiano Simeone ("Atletiko Madrid"), Vinisius Junior ("Real Madrid"), Luis Suares ("Sportinq").

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Yarışın həlledici matçı mayın 30-da baş tutacaq.

Seçilən
19
2
redaktor.az

4Mənbələr