AZ

Qızıl daşıyan maşın aşdı; 8 kiloqram qızıl axtarılır FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

On bir kiloqram qızıl daşıyan zirehli maşın qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Məlumata görə, İzmir-İstanbul magistral yolunun Karacabey qovşağı yaxınlığında hərəkətdə olan qızıl daşıyan zirehli maşının təkəri partlayıb. İdarəetmədən çıxan maşın yoldan çıxaraq aşıb və bir neçə dəfə çevrilib. Qəza nəticəsində 21 yaşlı sürücü E.Ö., sərnişinlər 30 yaşlı R.T. və 48 yaşlı V.T. yüngül xəsarət alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar. Qəzadan sonra zirehli maşına baxış zamanı daşınan 11 kiloqram qızıldan 8 kiloqramının əskik olduğu müəyyən olub. Polis hazırda yoxa çıxan 8 kiloqram qızılı axtarır.

Namiq Musayev

Oxunub 100

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
avtosfer.az

1Mənbələr