AZ

Şair hərbi eksperti öldürmək istəyib - ÖZÜ ETİRAF ETDİ

"Mən Azərbaycan Yazıçıları Birliyinin üzvü Nazim Qocamanlı Facebook səhifəsində hərbi ekspert Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində onu nalayiq ifadələrlə təhqir və ölümlə təhdid etmisəm. Buna görə mən Ədalət Verdiyevin özündən, ailəsindən və izləyicilərindən üzr istəyirəm. Yazdığım rəy belə olub: ... yeyib, qələt edib və rus dilindən tərcümədə "onun başını kəsin (otrubite eqo qolovu).

Yeni Sabah xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşıb. 

O bildirib ki bu sözlər şair Nazim Qocamanlıya aiddir. Ekspertin sözlərinə görə, şair ondan bu şəkildə üzr istəyib:

"Söz verirəm ki, bir də tanımadığım adamlar haqqında bilmədiyim, anlamadığım ifadələr bir daha işlətməyəcəm. Kimsəni təhqir və təhdid etnəyəcəyəm. Ədalət müəllimdən bir daha məni üzürlü hesab etməsini, bağışlamasını və hüquqi prosesə başlamasını təxirə salmağı xaiş edirəm. Dərin hörmətlə: Nazim Qocamanlı" 


Telegram kanalımız
Seçilən
50
5
yenisabah.az

6Mənbələr