“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanskinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, polşalı yarımmüdafiəçi Fransanın “Renn” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Liqa 1 təmsilçisi futbolçu üçün qarşı tərəfə 10,5 milyon avro ödəyib.
26 yaşlı futbolçu yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ildə Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.
Rafa Silva rəsmən “Benfika”da
Braziliyalı mövsümün sonunda “Yunayted”i tərk edəcək - RƏSMİ
“Atletiko” argentinalı üçün “Qalatasaray”a “yox” dedi
“Barselona”da itki: Zədədən qayıtdı, yenə sıradan çıxdı
Edin Ceko "Şalke"də - Rəsmi