AZ

Fidan: Şuranın Qəzzada sülhün möhkəmlənməsinə güclü töhfə verəcəyinə inanırıq

Sülh Şurası Qəzza xalqının məruz qaldığı ağrı-acıların aradan qaldırılması, humanitar ehtiyaclarının qarşılanması və bölgədə davamlı, hərtərəfli sülhün bərqərar olunması baxımından tarixi imkan təqdim edir.

"Report" xəbər verir ki, bunu Davosda "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanma mərasimində Türkiyə Prezidentini təmsil edən ölkənin xarici işlər naziri Hakan Fidan "X" sosial media hesabındakı paylaşımında qeyd edib.

"Sülh Şurasının qəzzalılarla çiyin-çiyinə çalışaraq Qəzzanın gələcəyini formalaşdıracağına, bölgənin yenidən dirçəlməsinə və sülhün möhkəmlənməsinə güclü töhfə verəcəyinə inanırıq", - Türkiyənin XİN başçısı bildirib.

Seçilən
34
far.az

1Mənbələr