AZ

Avroliqada 1/8 finala və pley-offa vəsiqəni təmin edənlər

style='margin-bottom:10px;'>

Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra 1/8 finala və pley-offa vəsiqəni təmin edən bəzi klublar müəyyənləşib. 

QOL.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Sona 1 tur qalmış “Aston Villa” və “Lion”un birbaşa 1/8 finala adladığı dəqiqləşib. 

Pley-offu təmin edən komandalar isə “Bolonya” (İtaliya), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbaxça” (Türkiyə), “Ferensvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Genk” (Belçika), “Midtyülland” (Danimarka), PAOK (Yunanıstan), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya), və “Viktoriya”dır (Çexiya). 

Qeyd edək ki, Avropa Liqasının reqlamentinə əsasən, turnir cədvəlində 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa yüksələcəklər. 

Sonuncu - 8-ci turun bütün matçları 30 yanvar, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Seçilən
104
3
teleqraf.com

4Mənbələr