AZ

Türkiyə İsrailin Fələstini kənarlaşdırması nəticəsində yaranan boşluğu doldurur

Yazını böyüt
Yazını kiçilt

İsrail mediası xəbər verir ki, Türkiyə İsrailin Fələstin Milli Muxtariyyətini kənarlaşdırması nəticəsində Qəzzada yaranan boşluğu doldurub.

Hafta.az yazır ki, anonimlik şərti ilə “Times of Israel” qəzetinə danışan bir ərəb diplomat, İsrailin Fələstin prezidenti Mahmud Abbas administrasiyasına qarşı mövqeyinin yaratdığı boşluğu Türkiyə və Qətərin doldurduğunu deyib.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına investisiya qoymaq, Qərb Sahili və Qəzzanın vahid Fələstin rəhbərliyi altında birləşməsini tələb etmək üçün Fələstin Milli Muxtariyyətinə regionda rol verilməsini istəyirlər.

Lakin diplomat bildirir ki, Təl-Əviv administrasiyası Ramallahda yerləşən administrasiyanın Qəzzada fəaliyyət göstərməsinə icazə vermək istəmir və onu Həmas-la eyniləşdirir.

İsrail Mahmud Abbas administrasiyasından fundamental islahatlar tələb edir. Lakin diplomat bildirir ki, İsrailin tələbləri “səmimi deyil” və iki dövlətli həll yoluna mane olmaq məqsədi daşıyır. Diplomat Türkiyə və Qətərin yaranan boşluğu doldurmaq üçün müdaxilə etdiyinə diqqət çəkərək sözünə davam edib: "Netanyahunun Türkiyə və Qətərə qarşı bu qədər qəzəbli olması ironikdir, çünki bizi bu vəziyyətə gətirən onun siyasətidir. İsrail lideri Benyamin Netanyahu Türkiyə və Qətərə Qəzzada yerləşdiriləcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (ISF) rol verilməyəcəyini iddia etmişdi. O, həmçinin ABŞ ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətər diplomatı Əli əl-Havadinin Qəzza Milli İdarəetmə Komitəsinə daxil edilməsi ilə bağlı fikir ayrılıqlarının olduğunu bildirib.

Təhlilə görə, İsrailin etirazlarına baxmayaraq, ABŞ Türkiyə və Qətəri Qəzzada atəşkəsin qorunması və Həmas-la dialoq üçün vacib tərəfdaşlar kimi görür.

Qəzza müharibəsinə son qoymaq üçün ABŞ-ın rəhbərliyi altında hazırlanmış 20 maddəlik sülh planı 10 oktyabrda qüvvəyə minib. Türkiyə, Misir və Qətər razılaşmanın təminatçıları arasındadır. Digər tərəfdən, Fələstinin baş naziri Məhəmməd Mustafa dünən Davosda keçirilən Dünya İqtisadi Forumunda etdiyi çıxışında Qəzzanı, Qərb Sahili və Şərqi Qüdsü vahid dövlətdə birləşdirmək əzmlərini vurğulayıb. Mustafa həmçinin Tel-Əviv administrasiyasının Oslo Sazişləri çərçivəsindəki iqtisadi öhdəliklərinə əməl etmədiyini bildirərək, İsrailin Fələstin Milli Administrasiyasına məxsus 4 milyard dollarlıq vergi və gömrük gəlirlərini saxladığını xatırladıb.

Seçilən
22
hafta.az

1Mənbələr