AZ

Azərbaycanda 15 mlrd. kubmetr qazın 5 mlrd. kubmetri elektrik enerjisinə sərf olunur - Nazir müavini

Bakı. Trend:

Hazırda Azərbaycanda təxminən 15 milyard kubmetr təbii qazistifadə olunur və bunun təqribən üçdə biri elektrik enerjisininistehsalına sərf edilir.

Trend xəbərverir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADAuniversitetində Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçiriləndəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan "təmiz enerji" sahəsində bir sıraaddımlar atmalıdır:

"Burada əsas məsələ, sözsüz ki, texnologiya və texnologiyanınqiyməti ilə əlaqədardır. Birincisi, bəzi sahələrdə ümumiyyətləuyğun texnologiya hələ mövcud deyil və biz buna eksogen amil kimibaxmalıyıq. Biz texnologiya yaradan ölkələrin sırasında deyilik vəbunu qəbul etmək lazımdır. Bu da ciddi problem sayılmamalıdır. Busəbəbdən sözügedən məsələləri yalnız öz daxili imkanlarımızla,hətta bu gün bəhs etdiyimiz iqtisadi əməkdaşlıq təşkilatıçərçivəsində də qısa müddətdə tam həll etmək çətin olacaq. Buistiqamətdə uzunmüddətli strateji məqsədlər müəyyənedilməlidir".

Nazir müavini vurğulayıb ki, "təmiz enerji" ilə bağlı ilə məsələmaliyyə resurslarına olan ehtiyacdır: "Hesab edirəm ki, bizimregion və İqtisadi Əməkdaşlıq Təşkilatı bu proseslərə ciddi təkanverə bilər.
Üçüncü mühüm məsələ isə hər mənada əməkdaşlıqdır. Məsələn,Azərbaycanın özünəməxsus coğrafi mövqeyi var. Okeana çıxışımızyoxdur və bu, müəyyən məhdudiyyətlər yaradır. Lakin elektrikenerjisi istehsalı sahəsində vəziyyət bir qədər fərqlidir. HazırdaAzərbaycanda təxminən 15 milyard kubmetr qaz istifadə olunur vəbunun təxminən üçdə biri elektrik enerjisinin istehsalına sərfedilir.

Yəni biz təqribən 5 milyard kubmetr qazı sırf elektrikenerjisinin istehsalına yönəldirik ki, bu da bəzi Avropaölkələrinin illik ümumi qaz istehlakından daha çoxdur. Elektrikenerjisi sahəsində “yaşıllaşma” o qədər də çətin deyil, çünkitexnologiyalar mövcuddur. Lakin əsas problem enerji saxlanmasistemləridir. Bu sistemlər çox bahalıdır və batareyalar olmadantam şəkildə günəş və külək enerjisinə keçid mümkün deyil. Digəralternativ isə qonşu ölkələrlə enerji əlaqələriningücləndirilməsidir. Məsələn, Avropa İttifaqında bu model artıqtətbiq olunur və bu da yaşıl enerjiyə keçidi xeyliasanlaşdırır".

Məqalədə:
Seçilən
138
1
az.trend.az

2Mənbələr