AZ

Xəzər rayonunda marketdən oğurluq edən saxlanılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V. Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun 1 nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

 

Seçilən
59
6
azertag.az

7Mənbələr