ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"İran özünü necə müdafiə edəcəyini bilir".
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidentinin dünən Dünya İqtisadi Forumunda İrana qarşı səsləndirdiyi ittihamlara cavab olaraq özünün “X” hesabında deyib.
“Zelenski amerikalı və avropalı vergi ödəyənləri öz korrupsiyayabulaşmış generallarının cibini doldurmaq və onun fikrinə görə qeyri-qanuni, BMT Xartiyasına zidd olan aqressiyaya qarşı mübarizə aparmaq üçün soyur. Eyni zamanda o, açıq-aşkar və utanmazcasına ABŞ tərəfindən İrana qarşı BMT Xartiyasına zidd olan aqressiyaya çağırış edir. Dünya çaşqın klounlardan bezib, cənab Zelenski. Sizin xaricdən dəstək alan və muzdurlarla dolub-daşan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi yaxşı bilirik və əcnəbilərə kömək üçün yalvarmağa ehtiyacımız yoxdur”, - Əraqçi qeyd edib.
Xatırladaq ki, dünən Volodimir Zelenski Dünya İqtisadi Forumundakı çıxışında beynəlxalq ictimaiyyəti İrandakı etirazlara kənardan baxmaqda, İran xalqının yanında olmamaqda ittiham edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.