AZ

Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək SEVİNDİRİCİ XƏBƏR

ain.az, Baku.ws saytına istinadən bildirir.

"Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan təhsil müəssisələrində əlavə təhsil istisna olmaqla, ödənişli təhsil üzrə təhsil haqlarının dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsində iki oxunuşda müzakirə olunub və dəyişikliklərin real mexanizm əsasında tətbiqi nəzərdə tutulur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir:

"İlkin baxışdan bu qərar müsbət qiymətləndirilsə də, əlavə təhsilin ödənişli qalması həmin kateqoriyadan olan şəxslər üçün müəyyən hallarda ciddi maneə olaraq qalır. Çünki bu ailələrin böyük bir hissəsinin təhsil haqqını ödəmək imkanı yoxdur və bu ödənişlər onların ümumi sosial təminatına birbaşa təsir göstərir.

Məhz bu səbəbdən qanun layihəsində aztəminatlı və həssas qruplara aid ailələrdən olan gənclərin təhsilinin dövlət tərəfindən dəstəklənməsi əsas məqsəd kimi müəyyən edilib. Qanun Milli Məclis tərəfindən qəbul edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Yeni mexanizmə əsasən, orta məktəbi bitirdikdən sonra ali təhsil müəssisəsinə daxil olan, lakin təhsil haqqını ödəmək imkanı olmayan və dövlət sosial yardımı alan ailələrin övladlarının təhsil haqları dövlət hesabına ödəniləcək. Bu isə həmin ailələrin təhsilə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, dəyişiklik təkcə təhsilə çıxışı asanlaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda ailələrin sosial təminatının gücləndirilməsinə də mühüm töhfə verəcək. Bu güzəşt ikinci ali təhsilə şamil edilmir. İkinci təhsil ölkədə qüvvədə olan qanunvericiliyə əsasən ödənişli hesab olunur".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
baku.ws

4Mənbələr