AZ

Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı türk dilinə uyğunlaşdırılaraq işıq üzü görüb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avrasiya Yazarlar Birliyinin “Bengu” yayım evində tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı türk dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin 2019 və 2021-ci illərdə Yakutiyada səfərdə olduğu müddətdə görüşdüyü tanınmış xalq şairləri və yazıçıları ilə söhbətləri yer alır. Qədim adı Sahaya olan Yakutistanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunub. Kitabın adının niyə “Sahaya” olması barədə məlumat almaq istəyənlər kitabı oxuyandan sonra biləcəklər.

Kitabı Azərbaycan dilindən türk dilinə gənc tərcüməçi Atabəy Barış uyğunlaşdırıb, kitabın redaktoru isə Sərdar Acardır.

Türkoloji Qurultayın 100 illiyi münasibətilə “Sahaya” kitabı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən də çapa hazırlanır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
4
icma.az

5Mənbələr