AZ

Deputat: Təmiz Enerji Günü Azərbaycanın enerji siyasətində yeni mərhələnin elmi və hüquqi əsaslarını əks etdirən platformadır VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Enerji sahəsində dövlət siyasətinin konseptual çərçivəsi Energetika Haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu normativ akt enerji təhlükəsizliyinin təmin edilməsini, enerji resurslarından rasional istifadənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu müəyyən edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Təmiz Enerji Günü Azərbaycanın enerji siyasətində yeni mərhələnin ideoloji, elmi və hüquqi əsaslarını təcəssüm etdirən mühüm platformadır.

“Enerji keçidinin əsas dayaqlarından biri olan enerji resurslarından səmərəli istifadə Enerji Effektivliyi Haqqında Qanunla müəyyən edilir. Bu Qanun enerji itkilərinin azaldılmasını, texnoloji modernləşmənin və enerji tutumlu sahələrdə səmərəliliyin artırılmasını, davamlı inkişaf modelinin ümumi kontekti kimi müəyyən edilir. Təmiz enerji sahəsində xüsusi strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsidir. Naxçıvan Muxtar Respublikası da bu strategiyanın mühüm tərkib hissəsidir. Bu qərar postmüharibə dövründə bərpa və yenidənqurma proseslərinin ekoloji, innovativ və enerji baxımından səmərəli əsaslar üzərində qurulmasına xidmət edən nümunəvi model kimi dəyərləndirilməlidir”,- deyə o bildirib.

Seçilən
32
azertag.az

1Mənbələr