AZ

Baş direktor: IRENA enerji keçidinin sürətləndirilməsində əsas rol oynayır

Bakı, 23 yanvar, AZƏRTAC

Ötən il bərpaolunan enerji sahəsində növbəti qlobal dönüş nöqtəsi oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə artırmaq üzrə qlobal hədəfin qoruyucusu kimi IRENA qlobal tərəqqinin izlənilməsində və enerji keçidinin sürətləndirilməsi istiqamətində səylərin yönləndirilməsində mərkəzi rol oynayır.

“11,2 TVt bərpaolunan enerji hədəfinə çatmaq üçün biz 2025-ci ildən 2030-cu ilə qədər hər il 1,122 giqavat əlavə enerji əlavə etməliyik ki, bu da 2024-cü ildəki artımdan təxminən iki dəfə çoxdur. Bu baxımdan cari qlobal mərhələ Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət kəsb edir. Regionun artan enerji tələbatı və zəngin bərpaolunan resursları dayanıqlı, aşağı karbonlu gələcəyə addımlamaq və ənənəvi yanacaq aktivlərinin istifadəsiz qalmasından yayınmaq üçün unikal fürsət təqdim edir. Lakin bu fürsəti reallaşdırmaq regional əməkdaşlıq və investisiyaların səfərbər edilməsi üçün güclü çərçivə tələb edir”,- deyə o diqqətə çatdırıb.

Seçilən
123
azertag.az

1Mənbələr