AZ

Qazaxıstanda uçot dərəcəsi ilə bağlı qərar açıqlandı

Qazaxıstanaın Milli Bankı əsas uçot dərəcəsini illik 18 faiz səviyyəsində saxlamağa qərar verib.

Kommersant.az xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.

“Milli Bankın pul-kredit siyasəti üzrə Komitəsi əsas uçot dərəcəsini illik 18% səviyyəsində, ±1 faiz bəndi diapazonu ilə müəyyənləşdirmək qərarına gəlib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, 10 oktyabr 2025-ci il tarixində Qazaxıstanın Milli Bankı əsas uçot dərəcəsinin 16,5 faizdən 18 faizə qaldırılması haqda qərar qəbul etmişdi. Daha sonra isə 28 noyabr tarixində tənzimləyici onu illik 18 faiz səviyyəsində saxlamışdı.

Seçilən
132
21
kommersant.az

10Mənbələr