AZ

Azərbaycanda “Palatalar haqqında” qanun qəbul edilməsi təklif edilir

BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycanda “Palatalar haqqında” qanun qəbul edilməsi təklif edilir.

Teleqraf xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, bir sıra olkələrin real sektorunun inkişafında palataların xüsusi rolu var, sahibkarlar fəaliyyət göstərdiyi sahələrdə palatanın üzvü olmadan qeydiyyatdan keçə bilmir: “Palatalrlarla bağlı ayrıca qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Azərbaycanda əksər palataların fəaliyyəti digər qanunlarla tənzimlənir. Amma palatalar real sektorun dəstəklənməsi və hökumətlə birgə layihələrin dəstəklənməsi və digər sahələrdə mühüm rol oynayır. “Palatalar haqqında” ayrıca qanunun qəbul olunması məqsədəuyöun olar və biznes ilə hökumət arasnda dialoqunun gücləndirilməsinə töhfə verər”.

Seçilən
122
teleqraf.com

1Mənbələr