"Nəticələr göstərir ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə cavab verir. Hər hansı keyfiyyət pozuntusu yoxdur".
![]() |
| Paşinyan:"Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir" |
Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.
Firudin Həmidli
AzVision.az
