2025-ci ildə qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox olmaqla 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb...
Poliqon xəbər verir ki, bu barədə DİN-də keçirilən kollegiya iclasında deyilib.
Bildirilib ki, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram narkotik vasitə aşkarlanıb. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib.
Narkotiklərlə əlaqəli cinayətlər üzrə 88 cinayətkar qrup zərərsizləşdirilib.
Poliqon.info