AZ

2025-ci ildə televiziya efirinin janr bölgüsü açıqlandı

BAKI, 23 yanvar. TELEQRAF

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanan proqramların məzmun-janr bölgüsü təhlil edilib.

Teleqraf xəbər verir ki, hazırlanan statistikaya əsasən, 2025-ci ildə açıq ümumölkə yerüstü televiziya yayımında efirə gedən proqramların ən böyük payını informasiya və analitik proqramlar təşkil edib. Bu janr üzrə yayımlar ümumi efir vaxtının 23,47 faizini əhatə edib.

Janr bölgüsünə görə, musiqi və əyləncəli proqramlar 16,33 faiz, idman proqramları 15,90 faiz, bədii filmlər və seriallar isə 13,45 faiz payla növbəti yerlərdə qərarlaşıb. Reklam məzmunlu materialların payı 10,90 faiz olub.

Bununla yanaşı, mədəni-maarif janrında proqramlar 8,04 faiz, anons və elanlar 3,82 faiz, sosial yönümlü proqramlar 2,93 faiz, sənədli filmlər və materiallar 2,89 faiz təşkil edib. Sosial çarxların payı 1,17 faiz, uşaq proqramları və cizgi filmləri isə 1,10 faiz olub.

Qeyd edilib ki, hər bir televiziya kanalının proqramlarının janr üzrə ətraflı statistikası əlavə olunmuş fotoslaydlarda təqdim edilib.

Seçilən
119
1
teleqraf.com

10Mənbələr