AZ

Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edildi

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.

Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.

2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

"Cebheinfo.az"

Seçilən
81
17
cebheinfo.az

10Mənbələr