AZ

Yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü təhlil edilib

Yazını böyüt
Yazını kiçilt

2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.

Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

23.47% - informasiya və analitik proqramlar;

16.33% - musiqi və əyləncəli proqramlar;

15.9% - idman proqramları;

13.45% - bədii filmlər və seriallar;

10.9% - reklam məzmunlu materiallar;

8.04% - mədəni-maarif janrında proqramlar;

3.82% - anonslar, elanlar;

2.93% - sosialyönümlü proqramlar;

2.89% - sənədli film və materiallar;

1.17% - sosial çarxlar;

1.1% - uşaq proqramları və cizgi filmləri.

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Seçilən
78
1
hafta.az

10Mənbələr