AZ

Robotlar əməliyyat edir, cərrah nəzarət edir - AÇIQLAMA

Robotik cərrahiyyə əməliyyatları artıq dünya təcrübəsində geniş tətbiq olunur. İnkişaf etmiş ölkələrdə endokrinoloji, böyrək və daxili orqanlar üzərində aparılan bir sıra əməliyyatlar robotların köməyi ilə həyata keçirilir. Bu əməliyyatlardan əvvəl xəstə barədə ətraflı anamnez toplanır və risklər diqqətlə qiymətləndirilir.

QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli vurğulayıb. Onun sözlərinə görə, robotlar əməliyyatı icra etsə də, bütün proses cərrah həkimin tam nəzarəti altında olur. QHT sədri bunu elm və texnologiyanın səhiyyədə təbii inkişaf mərhələsi kimi qiymətləndirib:

"Azərbaycanda ilk robotik cərrahiyyə əməliyyatının həyata keçirilməsi mühüm nailiyyətdir. Bu sahədə əldə olunan təcrübə gələcəkdə Azərbaycan səhiyyəsinə əhəmiyyətli töhfələr verə bilər".

Seçilən
73
qht.az

1Mənbələr