AZ

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezidentİlham Əliyevə müraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident,

Uca Yaradana çox şükürlər olsun ki, Zati-alilərinizi davamlıuğur və nailiyyətləriniz münasibətilə təbrik etmək səadətinibizlərə nəsib edir. Cənabınızı Azərbaycan və Ermənistan arasındasülhün əldə edilməsi ilə bağlı göstərdiyiniz səylərə görəbeynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizmünasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca bəşəri dəyərlərnaminə fəaliyyətinizdə yeni zirvələr arzulayırıq.

Zati-alilərinizin rəhbərliyi ilə qazanılmış böyük QarabağZəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatikmüstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalqmükafatların qürurunu bəxş etməkdəsiniz. Sizin dünya miqyasındainsan qardaşlığına xidmət edən ideya və təşəbbüsləriniz Azərbaycandövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiramqazandırır. Məhz Zati-alilərinizin xeyir-duası ilə Şeyxülislamıntimsalında Azərbaycanın təmsil olunduğu Müsəlman AğsaqqallarıŞurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibvə mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasındatəsis olunmuş mötəbər mükafatla təltif olunmağınızZati-alilərinizin Uca Yaradana xoş gedən səy və əməllərinin bəşərailəsi tərəfindən dəyərləndirilməsinin təzahürüdür.

Fəxarət duyuruq ki, Azərbaycanın nümunəvi dinlərarasıəməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünyamiqyasında təqdir olunur və bu, Zati-alilərinizin müasir, müdrikdövlətçilik siyasətinin bəhrələridir. Sülh, sabitlik, qarşılıqlıanlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasilideri olaraq Cənabınızın bu istiqamətdə fəaliyyəti ən xoş sözlərə,ən yüksək mükafatlara layiqdir. Zati-alilərinizin dünyanın sülhgündəmində ön sırada olmağı - Sülh Şurasında təsisçi qismindəiştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərlifəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Zati-alilərinizibelə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək biziqürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olandindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixiaddımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid vətəhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaqdır,inşallah. Dualarımız Sizinlədir. Uca Rəbbimiz Sizi və dəyərliailənizi qorusun!

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan dövlətininmilli-mənəvi və ümumbəşəri-multikultural dəyərlərə əsaslanan dövlətsiyasətini beynəlxalq müstəvidə möhkəmləndirməyə nail olmuş dünyamiqyaslı qətiyyətli lider, müdrik dövlət xadimi olaraqZati-alilərinizin rəhbərlik etdiyi ölkənin dini konfessiyalarınınrəhbərləri olaraq sonsuz şərəf duyuruq. Ölkəmizin hüdudlarındankənarda, ən mötəbər beynəlxalq tədbirlərdə hər dəfə bu hissiyaşayan şəxslər olaraq Sizin fəaliyyətinizə Ulu Yaradandanxeyir-dualar diləyirik.

Zati-aliləri, Siz Azərbaycanın adını, Azərbaycan xalqınınşöhrətini yüksəklərə qaldıran müqtədir siyasi xadimsiniz. Müdrikdövlətçilik təfəkkürü ilə Azərbaycana həyatın bütün sahələrindəqazandırdığınız uğur və nailiyyətlərə görə Azərbaycan dindarlarıadından Cənabınıza bir daha dərin minnətdarlığımızı ifadə edir, ənxoş arzularımızı, xeyir-dualarımızı yetiririk. Milli-mənəvi vəümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən, qlobal müstəvidə SülhŞurasının fəal iştirakçısı və təsisçisi olan Öndərin, ali mükafatalayiq görülmüş Müzəffər Liderin səy və əməllərinə Ulu Rəbbimizdənrəvac diləyirik.

Uca Yaradan Azərbaycan dövlətini hifz etsin, Zati- alilərinizihər zaman zirvələrdə qərar versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasınınordinarisi

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri".

Seçilən
152
14
az.trend.az

10Mənbələr