AZ

1074 nəfər uğur qazandı, bir nəfər imtahandan uzaqlaşdırıldı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixindəxüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı,Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. İmtahanelektron formada 1 saat müddətində aparılıb və namizədlərəbiliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılanvaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1683 namizədqeydiyyatdan keçib. Onlardan 1593 namizəd imtahana gəlib. İmtahannəticələrinə əsasən, 1074 namizəd tələb olunan şərtləri ödəyərəkuğur qazanıb.

Bir namizədin üzərində mobil telefon aşkar edildiyi üçünimtahandan xaric olunub və nəticələri ləğv olunub.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığınproqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və dahaçox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlarvə onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdimediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavəməlumat veriləcək.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı ApellyasiyaKomissiyası 26 və 27 yanvar tarixlərində saat 14:00-dan 17:00-dəkDövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyətgöstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik HəsənƏliyev küçəsi, 299.

Seçilən
55
17
az.trend.az

10Mənbələr