AZ

Qışda əllərə düzgün qulluq: Quruluq və çatlamanın qarşısını necə almaq olar?

Soyuq hava şəraiti və tez-tez əl yuma vərdişi qış aylarında dərinin qurumasına və çatlamasına səbəb olur.

 

Pravda.az bildirir ki, xüsusilə əllər xarici təsirlərə daha çox məruz qaldığı üçün bu dövrdə düzgün qulluq vacib sayılır.

 

Mütəxəssislər əllərin mütəmadi nəmləndirilməsinin, qoruyucu əlcəklərdən istifadənin və dərini qıcıqlandırmayan təmizləyici vasitələrin seçilməsinin önəmini vurğulayırlar. Həftədə bir dəfə yumşaq pilinq tətbiqi ölü dərinin təmizlənməsinə kömək edir və kremlərin təsirini artırır. Laqeyd yanaşılan əl baxımı infeksiyalara və dəri problemlərinə yol aça bilər.

 

Əminə Bayramova

Tarix: 23 Yanvar 2026, 18:16   
Seçilən
61
pravda.az

1Mənbələr