AZ

Bolqarıstan tarixində prezident postunu ilk dəfə qadın tutub - YENİLƏNİB

Bolqarıstan Konstitusiya Məhkəməsi bu gün Rumen Radevin könüllü istefasından sonra prezident səlahiyyətlərini vitse-prezident İliana Yotovaya rəsmən təhvil verib.

Bu barədə "Far.Az" yerli "Novinite" nəşrinə istinadən xəbər verir.

MƏLUMAT YENİLƏNİR

Bolqarıstanın Konstitusiya Məhkəməsi bu gün ölkənin Prezidenti Rumen Radevin istefasını təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

"Bütün 12 hakim yekdilliklə Radevin istefası ilə bağlı qərar qəbul edib. Bu qərar qətidir və bu gündən qüvvəyə minir", - məlumatda bildirilib.

R.Radev ölkənin Konstitusiya Məhkəməsinə istefa ərizəsini yanvarın 20-də təqdim edib. Ərizənin təqdim edildiyi andan onun səlahiyyətləri vitse-prezident İliyana Yotovaya keçib. İ.Yotova 2027-ci il yanvarın 22-dək prezident vəzifəsini icra edəcək.

Seçilən
8
2
far.az

5Mənbələr