AZ

Bu gün həbs edilən təhsil eksperti Kamran Əsədovun eybəcər paylaşımı üzə çıxdı

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün təhsil eksperti Kamran Əsədov imtahanlara qanunsuz müdaxilə cəhdində ittiham olunaraq, məhkəmə zalında həbs edilib.

Bakupost.az xəbər verir ki, onun həbsinin ardınca sosial şəbəkələrdə Kamran Əsədovun heç də təhsil ekspertinə yaraşmayan tərzdə paylaşımlar etdiyi iddiası ilə skrin-şot yayılıb.

Skrin-şotda Kamran Əsədovun bir təhsil işçisinə və ziyalıya qətiyyən yaraşmayan tərzdə söyüşlərdən istifadə edərək, kimlərinsə ünvanına təhqirlər yağdırması əks olunub.

Skrin-şotu paylaşan ictimai fəal Vəli Quliyev Kamran Əsədov haqda “sən təhsil eksperti yox, təhsil alverçisi idin” sözlərini işlədib.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
4
www.bakupost.az

5Mənbələr