“Apokalipsis” filmində canlandırdığı “Yaquar pəncəsi” obrazı ilə tanınan aktyor Rudi Yanqblad ABŞ-ın Texas ştatında saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Məlumata görə, aktyor narkotik vasitələrin saxlanması və ticarəti ittihamı ilə həbs edilib.
43 yaşlı aktyorun üzərində 4 qram miqdarında qadağan olunmuş maddə aşkarlanıb.