AZ

Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir” - VİDEO

Müğənni Nüşabə Musayeva efirdə ağlayıb.

Bizim.Media xəbər verir ki, ifaçı “Rəngarəng”də qonaq olarkən ailə faciəsindən danışıb.

Nüşabə 15 yaşında düşdüyü ağır avtomobil qəzasından göz yaşı tökərək bəhs edib: “15 yaşımda böyük faciə yaşamışam. Əmim oğlunun toyundan gəlirdik, çox xoşbəxt idik, deyib-gülürdük. Digər əmim oğlu nişanlı idi, o da maşındaydı, sümükləri ələ gəlmədi, bacımın beyin dərisi soyuldu. Anamın başı boynuna girmişdi. Təkcə o yadımdadır ki, atama “yavaş sür” dedim.
Kiçik qardaşımın 8 yaşı var idi. Onun səsini hələ də unuda bilmirəm. Qulaqlarımdan getmir”.


Sara, Bizim.Media

Seçilən
105
3
bizim.media

4Mənbələr