AZ

ABŞ ilə münasibətlər zədələndi -

ABŞ ilə münasibətlər zədələnib. Metbuat.az xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas Qrenlandiya gərginliyindən sonra Brüsseldə keçirilən sammit zamanı belə açıqlama verib. Brüsseldə Avropa İttifaqının sammitində çıxış edən Kaja Kallas bildirib ki, bununla belə Avropa liderləri 80 illik yaxşı münasibətləri kənara qoymaq istəmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsinə qarşı olan Avropa ölkələrinə 10 faizlik tarif tətbiq edəcəyini elan etmişdi. Trampın bəyanatından sonra Avropa İttifaqının sammiti çağırılmışdı. Ardınca Trampın tariflərdən imtina etməsinə və danışıqlar barədə açıqlamalar verməsinə baxmayaraq, Avropa rəsmiləri sammitin təşkilindən geri çəkilməyib.

Seçilən
80
34
metbuat.az

10Mənbələr