AZ

Balidə istirahət edən məşhurlar arasında qanlı dava: model blogeri xəstəxanalıq etdi

İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxslər arasında qanlı dava düşüb. Qazaxıstanlı model Gülsesim Altaybekova rusiyalı bloger Karina Fadeyevaya ağır bədən xəsarətləri yetirdiyi üçün yerli polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, hadisə Balidəki populyar barların birində baş verib. Məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, model Gülsesim Altaybekova metal çıraq (işıqlandırma cihazı) ilə rusiyalı blogger Karina Fadeyevanın başına zərbələr endirib.

Hücum nəticəsində Karina Fadeyeva baş nahiyəsində dərin kəsiklər və kəllə-beyin travması alıb, eşitmə qabiliyyətinin qismən itirib.

Qazaxıstanlı model Altaybekova Balidən qaçmağa cəhd edərkən saxlanılıb.

O, istintaq müddətində 60 günlük müvəqqəti həbs qətimkan tədbiri ilə nəzarət altına alınıb.

Seçilən
126
1
publika.az

10Mənbələr