AZ

Tovuzda küçədə yaşayan uşaq xəstəxanaya, anası isə psixiatriya müəssisəsinə yerləşdirildi

Bakı. Trend:

Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitindəyaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətəgötürülüb.

Dövlət Komitəsindən Trend-ə bildirilib ki, aparılmış ilkin araşdırmalar vəmövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyətiqurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təminedilib.

Komitənin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11yaşlı uşaq Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbiyardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibbmüəssisəsinə yerləşdirilib.

Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbimüayinələrdən keçirildikdən sonra onun mənafeyinin,təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədiləqanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinəyerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdətutulur. Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdəsaxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiqişlər davam etdirilir.

Seçilən
97
10
az.trend.az

10Mənbələr